Bildiyiniz kimi, qarşıdan gələn 7 noyabr- Milli Məclisə seçkilər zamanı müstəqil namizəd kimi seçkilərdə iştirak edəcəm.
Sentyabrın ilk həftəsində seçkilər prosesinə start veriləcək (Təxminən 6-8 sentyabr arası). Həmin gündən etibarən deputatlığa namizədliyini irəli sürmək istəyən şəxslər rəsmi olaraq namizəd kimi qeydiyyata alınmaq üçün ÖZ DAİRƏSİNDƏN 450 seçicinin imzasını toplamalıdır. - **
Nəzərə alsaq ki, seçkilərə start veriləndən sonra səsvermə gününə qədər cəmi 60 gün qalır, o zaman 450 imza toplayıb qeydiyyata düşmək üçün çox vaxt itirmək düzgün olmazdı.
Ona görə sizdən 17 saylı 3-cü Yasamal dairəsi ərazisində yaşayan qohumlarınız, dostlarınız, tanışlarınız, tələbə və iş yoldaşlarınızla danışaraq 450 imzanın toplanması zamanı kimin imza atmağa hazır olduğunu öyrənməyinizi və MÜSBƏT DƏYİŞİKLİKLƏR üçün öz köməyinizi etməyinizi xahiş edirəm.
İşinizi asanlaşdırmaq üçün 17 saylı dairənin ərazisini öz saytımızda yerləşdirmişik:
Dairədə olan küçələrin siyahısı: http://www.bakhtiyar.info/daire.html
Dairədəki ünvanlar, mənzillər: http://www.bakhtiyar.info/menzil.html
Dairənin xəritəsi: http://www.bakhtiyar.info/xerite.html
Bu küçələrdə, ünvanlarda yaşayan tanıdıqlarınızdan 450 imzanın toplanmasında yardımçı ola bilərsinizsə, 450-imza@bakhtiyar.info ünvanına hansı küçədən, neçə imza toplamaqda kömək edəcəyinizi yaza bilərsinizmi?
Bu işdə könüllü olaraq seçkilərə start veriləndən sonra kömək etmək istəyənlər də 450-imza@bakhtiyar.info yaza vəya http://www.bakhtiyar.info/konullu.phpsəhifəsindən bizə qoşula bilərlər.
Əvvəlcədən göstərəcəyiniz dəstəyə görə təşəkkürlər! Yalnız və yalnız sizin dəstəyinizlə uğur qazanacağımıza inanıram.
Hörmətlə,Bəxtiyar Hacıyev
* - www.bakhtiyar.info saytı təbliğat-təşviqat məqsədi ilə yox, seçkilərə hazırlıq, təşkilatlanmaq məqsədi ilə hazırlanmışdır. Saytın heç bir hissəsində seçicilər bir namizədin lehinə vəya əleyhinə səs verməyə çağrılmır.
**- İmza vərəqələrində vətəndaşın adı, soyadı, ünvanı, şəxsiyyəti təsdiq edən sənədinin nömrəsi yazılır.


